Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Qazaxıstanla qarşılaşacaq millimizin sözügedən görüş üçün iştirak ərizəsi məlum olub.

Offsideplus.az xəbər verir ki, Canni De Byazi  sözügedən oyun üçün 3 futbolçunun köməyinə ehtiyac duymayıb. Riçard Almeyda (cəzalı olmasına görə), Amin Seydiyev və Qismət Aliyev bu oyunu kənardan izləməli olacaq.

Millimizin Qazaxıstanla oyun üçün iştirak ərizəsi:

Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Emil Balayev, Səlahət Ağayev

Müdafiəçilər:  Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Höccət Haqverdi, Abbas Hüseynov, Anton Krivotsyuk

Yarımmüdafiəçilər : Toral Bayramov,  Elvin Cəfərquliyev,Filip Ozobiç, Aleksey İsayev, Elvin Camalov, Anatoli Nuriyev, Eddi İsrafilov, Emin Mahmudov, Ozan Can Kökcü

Hücumçular: Rüstəm Əhmədzadə, Ramil Şeydayev, Musa Qurbanlı, Renat Dadaşov, Mahir Emreli

Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu saat 20:00-da start götürəcək.