Qazaxıstan milli komandasının baş məşqçisi Moqamed Adiyev UEFA Millətlər Liqası qrup mərhələsinin son turunda sabah Azərbaycana qarşı baş tutacaq oyundan öncə mətbuat konfransı keçirib.

Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssis əvvəlcə sabahkı oyun barədə danışıb:

"Bakıda olduğumuza görə şadıq. Pozitiv şəkildə hazırlaşırıq. Turnirdəki məqsədə çatdıq. Amma biz milli komandayıq, ona görə həmişə layiqli şəkildə mübarizə aparmalıyıq. Rəqibin potensialını bilirik. Heyətində keyfiyyətli futboIçuları var. Sabah asan oyun olmayacaq. Çətin matçda axarı öz xeyrimizə dəyişmək istəyirik".

İlk oyundan sonra demişdiz ki, De Byazi çox danışır, biz daha çoxunu etməliyik. Sabahkı oyundan sonra bu sözləri sizə geri qayıda bilər?

- Demişdim ki, çox çalışmalıyıq. Başqasının komandası haqda heç vaxt məsləhət vermirəm. Öz işim var. Keçən dəfə oyundan əvvəl də, sonra da De Byazinin mənim oyunçularıma qarşı dediklərində hörmətsizlik vardı.Mətbuat konfransında rəqibin oyunu haqda danışmıram. Mesajım bu idi".