Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda Slovakiya ilə oyundan sonra vətənə qayıdıb.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Canni de Byazi  2:1 hesabı ilə qalib gəldikləri oyun barədə "CBC Sport"a təəssüratlarını bölüşüb.

"Çox yaxşı oyun keçirdib, yaxşı nəticə ilə qayıtdıq. Komandadan razı qaldım. Düşünürəm ki, Belarusla oyundan sonra ikinci qələbəni qazanmaq çox vacib idi. Qarşıdakı oyun üçün ilk növbədə bərpa olmalıyıq. Bundan sonra kimlərin oynayacağına qərar verəcəyik".

Qeyd edək ki, Azərbaycan yığması 2:1 hesabı ilə Slovakiya üzərində qələbə qazanıb.