Slovakiya yığmasının kapitanı Milan Şkrinyar evdə Azərbaycana uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunu barədə danışıb.

Offsideplus.az xəbər verir ki, "İnter"də çıxış edən 27 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasına məğlub olduqları üçün məyus olduqlarını dilə gətirib.

"Sürətli oynamağa başladıq, yaxşı qərarlar vermişdik. Rəqibi təzyiq altında saxlayırdıq. Topa sahiblik cəhətdən üstünlüyümüz vardı, bu bizə yardım etdi. İkinci hissədə rəqibə topu ələ keçirməyə imkan vermirdik. İkinci hissədən torparlanmalı idik, amma son nəticəyə görə məyusuq”.

Qeyd edək ki, Azərbaycan millisi Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib.