Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının V turunda növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, yığmamız Slovakiyanın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.Bu komandaların Bakıdakı oyununda Slovakiya millisi 1:0 hesablı qələbə qazanmışdı.
Bu qələbə ilə xalını 7-yə yüksəldən millimiz turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan növbəti görüşünü sentyabrın 25-i "Dalğa Arena"da Qazaxıstana qarşı keçirəcək. Oyun saat 20:00-da başlayacaq.
22 sentyabr
UEFA Millətlər Liqası, V tur
22:45. Slovakiya - Azərbaycan 1:2
Qol: Renat Dadaşov, 44, Jirka, 90+3-pen, Höccət Haqverdi, 90+5
Baş hakim: Uilyam Kollam
Trnava. Antona Malatinski stadionu