Bu gün Millətlər Liqasının 3 Liqasında 1-ci turun qarşılaşmaları keçirilib.

Offsideplus.az xəbər verir ki,  A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa Danimarkanı qəbul edib. Matç qonaqların qələbəsiylə başa çatıb.

A Liqasının 4-cü qrupunda Belçika yığması Niderlandla üz-üzə gəlib. Oyun "narıncılar"ın darmadağınıyla bitib.

Azərbaycan millisinin yer aldığı C Liqasının 3-cü qrupunda Belarus Slovakiya ilə qarşılaşıb. Matç slovakların minimal hesablı qalibiyyəti ilə yekunlaşıb.

UEFA Millətlər Liqası
I tur

A Liqası
1-ci qrup

Fransa - Danimarka - 1:2
Qollar: K.Benzema, 51 - A.Kornelyus, 68, 89

Xorvatiya - Avstriya - 0:3
Qollar: M.Arnautoviç, 41, M.Qreqoriç, 54, M.Sabitser, 57

4-cü qrup

Belçika - Niderland - 1:4
Qollar: M.Batşuayi, 90+3 - S.Berqveyn, 40, M.Depay, 51, 66, D.Dumfris, 62

C Liqası
3-cü qrup

Qazaxıstan - Azərbaycan - 2:0
Qollar: A.Aymbetov, 50, 60

Belarus - Slovakiya - 0:1
Qol: T.Suslov, 61

D Liqası
1-ci qrup

Latviya - Andorra - 3:0
Qollar: R.Uldrikis, 9, 77, Y.Yakuniks, 85 (penalti)

Lixtenşteyn - Moldova - 0:2
Qollar: İ.Nikolasku, 5 (penalti), V.Bolohan, 90+4