Bu gün UEFA Millətlər Liqasının final mərhələsində digər yarımfinal görüşü keçirilib.

Offsideplus.az-ın məlumatına görə,  2-ci yarımfinal görüşündə Belçika Fransa ilə üz-üzə gəlib. 3:2 hesabı ilə qalib gələn Fransa finala yüksəlib. Komanda həlledici matçda İspaniya ilə qarşılaşacaq.

Yarımfinalın ilk görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq.

UEFA Millətlər Liqası, final mərhələsi

Yarıminal

7 oktyabr

22:45. Belçika - Fransa 2:3

Qollar: Yannik Karrasko, 37, Romelu Lukaku, 40 - Kərim Benzema, 62, Kilian Mbappe, 69 (penalti), Hernandez, 90+1

Hakimlər: Daniel Zibert, Yan Zaydel, Eduard Baytunger, Harm Osmers

Turin. "Yuventus" stadionu