Lüksemburq yığmasının baş məşqçisi Lük Holts UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:“Oyun gözlədiyimiz kimi keçdi. İlk hissədə komandamız yüksək səviyyəli oyun nümayiş etdirdi. Təəssüf ki, penaltidən istifadə edə bilmədik. Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı. Pressinq tətbiq edərək bir neçə əks-hücum həyata keçirdilər. Ümumilikdə maraqlı oyun keçdi. Oyunda yeganə çatışmazlıq qol idi”.