UEFA Millətlər Liqasının 6-cı turunda bu gün Azərbaycanla qarşılaşacaq Lüksemburq yığmasının iki futbolçusunda koronavirus aşkarlanıb.

Offsideplus.az federasiyanın rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, qapıçı Antoni Moris və hücumçu Jerson Rodrigeşin COVİD-19 testinin nəticəsi pozitib çıxıb. Karantinə alınan hər iki oyunçu bugünkü matçı buraxacaq.

Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.