Futbol üzrə İngiltərə yığmasının hücumçusu Markus Reşford zədələnib.

Offsideplus.az xəbər verir ki, İngiltərə millisinin heyətindən çıxarılan futbolçu UEFA Millətlər Liqasında Belçika və İslandiya ilə oyunlarına iştirak etməyəcək.
Reşford “Mançester Yunayted”in “Everton”la qarşılaşdığı matçda (3:1) zədələnmişdi.
Qeyd edək ki, İngiltərə millisi noyabrın 15-də Belçika, 18-də isə İslandiya ilə qarşılaşacaq.