Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Lüksemburq yığması yoldaşlıq matçı keçirəcək.

Offsideplus.az  Lüksemburq Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Lyuk Holtsun başçılıq etdiyi kollektiv sentyabrın 1-ində Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Saarbrükken"lə qarşılaşacaq. 
Qeyd edək ki, Azərbaycan və Lüksemburq yığmaları C Liqasının 1-ci qrupunda yer alıblar. İki komanda arasındakı ilk görüş sentyabrın 5-də Bakıda, ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda olacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də qərarlaşıb.