Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında sonuncu oyununu keçirəcək. Fernandu Santuşun rəhbərliyi altında keçirdiyi matçların 4-də məğlub olub, 1-də heç-heçə edən yığmadan İsveçlə görüşdə sürpriz gerçəkləşdirmək tələb olunur. Millinin bu gün sensasiyaya imza atmaq şansı nə dərəcədə realdır? Suala cavab tapmaq üçün millinin sabiq futbolçusu, "Şəmkir" klubunun baş məşqçisi Vüqar Nadirovla əlaqə saxladıq. 

Onun Offsideplus.az-a açıqlaması belə oldu:

"İsveç hazırda ilk pillədədir. Bu isə o deməkdir ki, onların elə də xal ehtiyacları yoxdur. Ola bilər ki, ehtiyat qüvvə ilə oynasınlar. Yığmamıza da qələbə lazımdır. Hər şey ola bilər".