17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, 6-cı qrupda yer alan yığma Macarıstanla üz-üzə gələcək.

Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda təşkil olunacaq qarşılaşmanı moldovalı referi Yon Orlik idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xatırladaq ki, U-17 Macarıstandan başqa, noyabrın 16-da Yunanıstan və 19-da Rumıniya yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.

Avropa çempionatı, seçmə mərhələ

6-cı qrup

13 noyabr

14:00. Macarıstan - Azərbaycan

Hakimlər: Yon Orlik, Vadim Vikol (hər ikisi Moldova), Adrian Vorniku, Vlad Baban (hər ikisi Rumıniya).

Tunari, "Tunari" stadionu.