Xorvatiyalı futbolçu milli komandadakı karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, söhbət Marselo Brozoviçdən gedir.
"Əl-Nəsr"in 31 yaşlı futbolçusu Xorvatiya millisindən ayrıldığını elan edib.
Brozoviç milli forma ilə keçirdiyi 99 qarşılaşmada 7 dəfə qol sevinci yaşayıb. Təcrübəli futbolçu 2018-ci ildə Dünya Çempionatının gümüş medalını, 2022-ci ildə isə bürünc medalını qazanıb.