Argentina millisinin hücumçusu Lionel Messi 2024-cü il Amerika Kubokunun onun karyerasında sonuncu olacağını deyib.

Offsideplus.az xəbər verir ki, o, turnirin olduqca rəqabətli keçdiyini qeyd edib:

"Həqiqət budur ki, komandalar olduqca güclüdürlər. Maraqlı oyunlar keçir. Bu, mənim üçün sondur. Daha sözügedən turnirdə çıxış etməyəcəyəm".

Argentina turnirin finalında Kolumbiya ilə üz-üzə gələcək.