UEFA Millətlər Liqasında Fransa ilə İsrail arasında keçirilən oyunda iki azarkeş həbs edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə “The İndependent” məlumat yayıb.
Qapı arxası tribunaların birində baş verən qarşıdurma nəticəsində münaqişə genişlənib. Bütün bunlara rəğmən polis müdaxilə edərək vəziyyəti sakitləşdirib. Hadisə nəticəsində iki nəfər polis nəzarətinə götürülüb.
Xatırladaq ki, Fransa - İsrail görüşü 0:0 hesabı ilə yekunlaşıb.