Polşa millisinin forvardı Robert Levandovski Portuqaliya yığmasına qarşı matçdan sonra maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, "Mundo Deportivo" hücumçunun sözlərini belə çatdırıb:
"Mən yarımmüdafiəçi deyiləm ki, geri gələrək topa sahib olub önə daşıyam. Oyun zamanı irəli xətdə olmalıyam ki, həlledici ötürmələr gözləyim".
Qeyd edək ki, UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunun 3-cü tur matçında Polşa millisi evdə Portuqaliya yığmasına 1:3 hesabı ilə məğlub olub.