Futbol üzrə İspaniya yığması 19 ildən sonra ilk dəfə öz meydanında rəsmi oyunda məğlub olub.

Offsideplus.az  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ispanların məğlubiyyətsiz oyunlar seriyası Millətlər Liqasında 5-ci tur çərçivəsində İsveçrə ilə keçirilən matçda başa çatıb. 

Rəqibin qələbə qazandığı oyun (1:2) İspaniya millisinin 56-cı ev qarşılaşmasında məğlub olduğu görüş kimi yadda qalıb.

Xatırladaq ki, ispanlar daha əvvəl 2003-cü ildə AÇ-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, İspaniya millisi qrup mərhələsinin sonuncu oyununda sentyabrın 27-də səfərdə Portuqaliya ilə qarşılaşacaq.