UEFA Millətlər Liqasında 5 turdan sonra ən yaxşı qapıçılardan ibarət statistika açıqlanıb.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev 5 oyuna 17 seyv edərək 4-cü pillədə qərarlaşıb.
İlk yerdə Qazaxıstan millisinin qapıçısı İqor Şatskix (5 oyun, 21 seyv), ikinci yerdə Antoni Moris (Lüksemburq. 5 oyun, 17 seyv), üçüncü yerdə Benyamin Byühel (Lixtenşteyn. 5 oyun, 18 seyv) yer alıb.
5-ci yeri İtaliya millisinin qapıçısı Canluici Donnarumma və Almaniyadan Manuel Noyer bölüşdürür (4 oyuna 16 seyv).