Bu gün Millətlər Liqasının 3 Liqasında 1-ci turun qarşılaşmaları keçirilib.
Offsideplus.az xəbər verir ki, A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa Danimarkanı qəbul edib. Matç qonaqların qələbəsiylə başa çatıb.
A Liqasının 4-cü qrupunda Belçika yığması Niderlandla üz-üzə gəlib. Oyun "narıncılar"ın darmadağınıyla bitib.
Azərbaycan millisinin yer aldığı C Liqasının 3-cü qrupunda Belarus Slovakiya ilə qarşılaşıb. Matç slovakların minimal hesablı qalibiyyəti ilə yekunlaşıb.
UEFA Millətlər Liqası
I tur
A Liqası
1-ci qrup
Fransa - Danimarka - 1:2
Qollar: K.Benzema, 51 - A.Kornelyus, 68, 89
Xorvatiya - Avstriya - 0:3
Qollar: M.Arnautoviç, 41, M.Qreqoriç, 54, M.Sabitser, 57
4-cü qrup
Belçika - Niderland - 1:4
Qollar: M.Batşuayi, 90+3 - S.Berqveyn, 40, M.Depay, 51, 66, D.Dumfris, 62
C Liqası
3-cü qrup
Qazaxıstan - Azərbaycan - 2:0
Qollar: A.Aymbetov, 50, 60
Belarus - Slovakiya - 0:1
Qol: T.Suslov, 61
D Liqası
1-ci qrup
Latviya - Andorra - 3:0
Qollar: R.Uldrikis, 9, 77, Y.Yakuniks, 85 (penalti)
Lixtenşteyn - Moldova - 0:2
Qollar: İ.Nikolasku, 5 (penalti), V.Bolohan, 90+4