"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq".

Offsideplus.az xəbər verir ki, bu sözləri yığmamızın italiyalı baş məşqçisi Canni De Byazi yığmamızın UEFA Millətlər Liqasındakı rəqiblərini dəyərləndirərkən deyib.

O, AFFA-nın rəsmi saytına açıqlamasında bildirib ki, millimiz qrupda sözünü deyə bilər: "Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik".

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.