Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start veriləcək.
Offsideplus.az xəbər verir ki, A liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparacaq.
Yarımfinalın ilk oyununda son Avropa çempionu İtaliya ilə İspaniya üz-üzə gələcək. Milandakı "San-Siro" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək.
Digər yarımfinal görüşü oktyabrın 7-də Belçika və Fransa yığmaları arasında olacaq.