Ötən gecə baş tutan UEFA Millətlər Liqası qrup mərhələsi matçında Fransa Xorvatiyanı məğlub edib.

Offsideplus.az xəbər verir ki, matçın 8-ci dəqiqəsində hesabı baxımlı qol ilə Antuan Qrizmann açıb.  65-ci dəqiqədə Nikola Vlaşiç hesabı bərabərləşdirib. Kilian Mbappe 79-cu dəqiqədə komandasının qələbə qoluna imza atıb və matç Fransanın Xorvatiya üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun icmalını təqdim edirik:

UEFA, Millətlər Liqası

A liqası, 3-cü qrup

Xorvatiya – Fransa - 1:2

Qollar: Nikola Vlaşiç, 65 - Antuan Qrizmann, 8. Kilian Mbappe, 79