UEFA Avropa Liqası IV tur çərçivəsində qarşılaşan Azərbaycan - Kipr matçı başa çatıb.
Offsideplus.az xəbər verir ki, qolsuz bərabərliklə başa çatan matçdan sonra komandaların baş məşqçiləri mətbuat konfransı keçirib. Kipr millisinin baş məşqçisi Yohan Valem komandasından razılığını dilə gətirib:
“Mən komandama sadəcə bir söz deyə bilərəm. Mənim komandam fantastik oynadı. Bəlkə onlar bacardıqlarının daha artığını etmək istədilər. Oyunda səbrli ola bilmədilər. Penalti epizodu oyunun qırılma anı oldu. Qapıçımız penaltini dəf etməklə bizi xilas etdi. Bu həmçinin futbolçularımızın fantastik mentaliteti olduğunu göstərir. Daha yaxşı oynamaq, onların oyununu inkişaf etdirmək üçün tədricən komanda olmağın açarını tapmalıyıq. Heyətimizdə gənc futbolçular çoxdur və məncə, biz bir az da intensivliyi və emosiyaları idarə etməyi bacarmalıyıq”.