Kipr milli komandası növbəti itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, APOEL klubunda çıxış edən Giorqos Efrem zədələndiyi üçün yığmanın heyətindən çıxarılıb. 31 yaşlı yarımmüdafiəçinin  əvəzinə Limassol AEL-indən Andreas Avraam təlim-məşq toplanışına qatılıb.

Qeyd edək ki, Kipr yığmasının oyunçusu Aleksander Qogiç qarşıdakı matçlarda iştirak edə bilməyəcək. Səbəb oyunçunun 10 günlük karantinə alınmasıdır.