"Mançester Yunayted"in futbolçusu Harri Maquayri Millətlər Liqasındakı sentyabr qarşılaşmaları üçün yığmaya çağırmaya bilər. 

Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt ona dəvət göndərməyəcək.

Buna səbəb 27 yaşlı müdafiəçinin Yunanıstanda Mikonos adasında polisə hücum etməsi göstərilir.

Qeyd edək ki, Millətlər Liqasında A liqasının II qrupunda yer alan İngiltərə yığması sentyabrın 5-də İslandiyanı qəbul edəcək, sentyabrın 8-də isə səfərdə Danimarka ilə üz-üzə gələcək.