UEFA Millət Liqasının VI turunda keçiriləcək Almaniya - Hollandiya matçı meydan sahiblərinin futbolçusu Tomas Müller üçün əlamətdar olacaq.
Offsideplus.az Almaniya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu bu görüşdə iştirak edəcəyi təqdirdə milli komandada 100-cü oyununu keçirmiş olacaq.
Yığma komadanın baş məşqçisi Yoahim Löv oyundan öncəki mətbuat konfransında Müllerin böyük hörmətə layiq olduğunu vurğulayıb. O, həmçinin gülərək yubiley matçının şərəfinə ona pivə hədiyyə edəcəyini deyib.
Qeyd edək ki, Almaniya - Hollandiya matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.