Türkiyədə futbol bir ailənin dağılmağına səbəb olub.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Hatayspor"un qadın amiqosu Songül Taşdelen, kuluba olan məhəbbəti ucbatından həyat yoldaşından boşanıb. "Hatayspor" sevgisi 16 yaşında başlayan 46 yaşlı Songül Taşdelen, 30 ildir "Hatayspor" tribunalarında amiqoluk edir.

Hatayda oynanan matçların eyni zamanda debüt matçlarını da qaçırmayan Songül, "Hatayspor"un ən fədakar tərəfdarı kimi tanınır. "Hatayspor"lu futbolçular tərəfindən də çox sevilən Songül Taşdelen, tribunalar xaricində bir çox məşqdə da komandasını yalnız buraxmır. Komandada olan bütün futbolçuların doğum günlərini də təbrik etməyi etinasızlıq etməyən Songül, qarşılıqsız sevgisi ilə futbol tribunalarına sevinc saçır.

Həyat yoldaşıyla da bu tribunalarda tanış olduğunu ifadə edən Songül Taşdelen, "İllərdir bu tribunadayam. Gələndə 16 yaşım vardı. "Hatayspor"u bir sevgi ilə sevdim.

Həyat yoldaşımla burada tribunada tanış olduq. Evləndik, ondan sonra həyat yoldaşım mənə dedi ki oyunlara getmə. Mən 3 aylıq hamilə olanda, ayrıldıq. Bir qızım var, həyat yoldaşım qızımı əlimdən aldı.

"Hatayspor" sevgisi daha çox ağır gəldi. Bu tribunalar mənim hər şeyimdir. Bu tribunalar olmasa, mən də olmaram. Bu gün "Hatayspor" varsa, mən də varam. "Hatayspor" yoxsa, yoxam. Heç bir oyununu qaçırmamışam. "Hatayspor"u çox sevirəm" deyib.

Qeyd edək ki, xanım eyni zamanda Türkiyədə yeganə xanım azarkeşlər dərnəyinin sahibidir. (Open.az)