İtaliya millisinin sabiq üzvü Antonio Kassano argentinalı ulduz Lionel Messi və Maradona haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, "Mondo Napoli"yə danışan 40 yaşlı keçmiş futbolçu Messini futbol tarixinin ən yaxşısı olduğunu vurğulayıb: 

“Onun üçün xoşbəxtəm, çünki ona bir futbolçu kimi çox hörmət edirəm və onu dəfələrlə dediyim kimi, futbol tarixinin ən böyük oyunçusu hesab edirəm. 

"Belə oyunçular bir daha gəlməyəcək, heç vaxt bu cür oyunçular olmayıb. Onunla Maradona arasında uçurum var, Leo unikal və təkrarolunmazdır” - deyə, Kassano bildirib.