Bu gün Neftçi”nin veteran futbolçusu və sabiq baş məşqçisi Kazbek Tuayevin doğum günüdür.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  "ağ-qaralar" 82 yaşı olan sabiq futbolçusunu bu münasibətilə  təbrik edib və “Neftçi” ailəsi adından ona can sağlığı və uzun ömür arzulayıb.

Qeyd edək ki, Kazbek Tuayev 1961-1971-c illər ərzində "Neftçi"nin heyətində 298 oyuna çıxıb 60 qol vurub. O, həmçinin SSRİ çempionatının bürünc mükafatını (1966) da əldə edib. 

315445815 584847906975027 9121478742891658848 n 1