“Arsenal” klubunun futbolçusu Qranit Cakanın mafiya ilə əlaqəsi olmasıyla bağlı şübhələr yaranıb.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada “Lids”lə oyunda aldığı sarı vərəqə ilə diqqət  mərkəzinə düşüb. Komandası 4:1 hesabı ilə qalib gələn futbolçu ikinci hissənin axırlarında vaxtı çox uzatdığına görə cəzalanıb.

Bu epizod İngiltərə Futbol Federasiyasını marağına səbəb olub. Nəticədə federasiya araşdırmaya başlayıb, sonra isə işi hüquq-mühafizə orqanlarına göndərib. Ondan sonra məlum olub ki, Cakanın görüşün son 10 dəqiqəsində sarı vərəqəsinə böyük məbləğdə - 60 min avrodan çox pul qoyulub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu cür mərc oyunlarının əsasən Albaniyada kriptovalyuta ilə edildiyini müəyyənləşdirib.

Qeyd edilir ki, bu işlər Albaniya mafiyası və danışılmış oyunlarda təqsirli bilinən keçmiş peşəkar futbolçu Alban Yusufinin əlbirliyi ilə həyata keçirilə bilər.

Caka Albaniya əsilli isveçrəlidir, ailəsi Kosovodan qaçqın düşüb.