AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-nın Matç Direktoru qismində Qazaxstanın Kostanay şəhərində səfərdə olub.

Offsideplus.az xəbər verir ki, Avropa futbol qurumu tərəfindən ezam olunan Məmmədov səfər çərçivəsində ötən mövsüm Qazaxıstan çempionu olmuş “Tobol” klubunun ev oyunlarını keçirdiyi “Tsentralnıy” stadionunun 2022/2023 mövsümündə avrokubok yarışlarına hazırlıq səviyyəsi ilə tanış olub. "Tobol"un Cəbəllütariqin “Linkoln” komandasını 1:0 hesabı ilə məğlub etdiyi Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçını da izləyən UEFA nümayəndəsi təşkilatı məsələlər və matç günü əməliyyatları ilə tanış olub.

Səfər zamanı klub nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə edilib.