AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov 14-15 iyul tarixlərində UEFA-nın Matç Direktoru qismində Türkiyənin Trabzon şəhərində səfərdə olub.

 Offsideplus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

UEFA tərəfindən ezam olunan Məmmədov səfər çərçivəsində ötən mövsüm Türkiyə çempionu olmuş "Trabzonspor" klubunun ev oyunlarını keçirdiyi "Şenol Günəş Spor Kompleksi" stadionunun 2022/23- cü illər UEFA yarışlarına hazırlıq səviyyəsi ilə tanış olub. Həmçinin, səfər zamanı, klubun nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə olunub.