Brazilya millisinin və "Fənərbağça"nın sabiq futbolçusu Aleks de Souza karyerası ilə bağlı danışıb.

 Offsideplus.az xəbər verir ki, veteran "sambaçı"  "The Player Tribune"yə "sarı-lacivərtlilər"dəki günləri haqda fikirlərini bölüşüb. O, bunları deyib:

"O günləri unutmaq olmaz. Möhtəşəm zamanlar idi. Türkiyədə hər kəs futbolu sevir və komandalarına çox sadiqdilər. Türkiyədəki futbol Brazilyadakından da yaxşıdır. "Qalatasaray", "Beşiktaş", "Trabzonspor" və "Bursaspor" azarkeşləri hər zaman mənimlə mehriban davranırdılar. Yolda və ya hava limanında gördükləri zaman yanıma gəlib söhbət edərdilər. Türkiyə xalqına olan sevgimi heç bir şey silə bilməz".

Aleks heykəlinin düzəldilməsi baradə də fikirlərini bildirib: 

"Bir dəfə "Fənərbağça"nın əfsanələrindən sayılan Lefter Küçükandonyadislə səhər yeməyinə getdik. Onda mənim heykəlim varsa, Aleksin də olmalıdır" - dedi.

Qeyd edək ki, Aleks de Souza hazırda "San Paulo"nun U-20 komandasının baş məşqçisidir.