Məhəmməd Salah "Liverpul"da xoşbəxt deyil.

Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, bu barədə ünlü futbolçunun dostu deyib. Misir yığmasının sabiq oyunçusu Məhəmməd Abutrika adaşı ilə telefon danışığından sonra bu qənaətə gəldiyini söyləyib: "Liverpul"dakı durumunu öyrənmək üçün Məhəmmədə zəng vurmuşdum, kefi yox idi. Lakin bu, heç vaxt onun oyununa təsir etmir. Salah "Liverpul"da xoşbəxt deyil. Bunu mən yaxşı bilirəm. O mənə səbəblərini deyib, amma bu, ikimizin arasında olan sirrdir, mətbuat üçün deyil. Bircə şeyi deyə bilərəm ki, "Midtyulland"la oyunda kapitan sarğısı Məhəmmədin qolunda olmalıydı".