Bu gün müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların gözü Vətənə dikilib.

Soydaşlarımız böyük zəfərin sevicini Azərbaycan vətəndaşları ilə bölüşdüyü kimi, şəhid ailələrinin kədərinə də şərikdirlər.

Offsideplus.az xəbər verir ki, Almaniyada yaşayan bir qrup idmançı soydaşımız Vətən müharibəsində həlak olan şəhidlərimizin ailələrinə 15 min avro göndərib. Xeyriyəçilərin arasında kyokşindo karate idman növü üzrə dünya çempionu, Kyokşindo Avropa Federasiyasının texniki direktoru Ramal Mustafayev də var.

Soydaşlarımız maddi vəsaiti Xocavənd rayonundan olan şəhid ailələrinin arasında bölüşdürüblər. Şəhid ailələri onlara ayrılan diqqətə görə minnətdarlıqlarını ifadə etdilər. (sportinfo)