Gürcüstan millisində baş məşqçi dəyişikliyi yaşanıb.

Şimali Makedoniyaya məğlub olmaqla AÇ-2020-nin final mərhələsinə qatılmaq şansını əldən verən yığmanın çalışdırıcısı Vladimir Vayss elə həmin görüşdən sonra istefa verdiyi açıqlamışdı. Gürcüstan Futbol Federasiyası bu dəfə uzağa getməyə ehtiyac duymayıb.

Offsideplus.az xəbər verir ki, milli Azərbaycan futbol ictimaiyyətinin yaxından tanıdığı Ramaz Svanadzeyə həvalə olunub. Həmin Svanadze ki, əmisi Zaur Svanadze "İnter"i çalışdıranda Ramaz komandada köməkçi-məşqçilərdən biri idi. "İnter"in yükünün böyük hissəsi də onun çiyinlərində idi.

Azərbaycandan ayrılandan sonra Gürcüstanın U-19-da işləmiş, millini elit raunda yüksəltməklə yadda qalmışdı.

Qeyd edək ki, buna qədər Azərbaycanda çalışmış bir başqa məşqçi - Kaxaber Tsxadadze də Gürcüstan yığmasının baş məşqçisi olmuşdu.