Bu gün Kiyev "Dinamo"su "Yuventus"u qəbul edəcək. 

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək qarşılaşmadan əvvəl Ukrayna təmsilçisinin baş məşqçisi Mirça Luçesku görüş haqda danışıb. Rumın çalışdırıcının "Dinamo" ilə Kriştianu Ronaldonun imkanlarını müqayisə etməsi maraqlı alınıb.

Offsideplus.az Luçeskunun fikirlərini təqdim edir: "Ronaldo əla futbolçudur. Qollar vurur, hücumda xoş təsir bağışlayır, lakin müdafiədə top almaq bacarığı yoxdur. O hücumda olub, qol vurmalıdır. Bu baxımdan eqoistdir. Klubumuzun illik büdcəsi yəqin ki, Ronaldonun yarımillik maaşı qədərdir".