"Fenetsvaroş"un baş məşqçisi Sergey Rebrov rəhbərliyə mesaj göndərib.

Offsideplus.az xəbər verir ki, Macarıstan təmsilçisini Çempionlar Liqasının qrupuna daşıyan ukraynalı çalışdırıcı gələcəklə bağlı danışanda klub başbilənlərinə sətiraltı mesaj göndərib: "Ferentsvaroş" kimi komandada heç kim baş məşqçiyə "2 ilə komandanı Çempionlar Liqasının qrupuna yüksəltməlisən" deyə bilməz. Əlbəttə, hamı qrupa vəsiqə qazanmağın xoş hadisə olduğunu deyir. Amma bunu hədəf kimi hansısa müətəxəssisin qarşısına qoymaq perspektiv görünməyən tapşırııq olar. Uğur istəyirsənsə, hər cür şərait olmalıdır. Bu gün klub böyük pullar qazanır. Amma yüksək ödənişli futbolçuları cəlb etmək olduqca risklidir. İndi yox, qışda komandanı gücləndirmək üçün pul xərcləmək lazım gələcək. Başqa yerdən təklif almışam, amma mənə "Ferentsvaroş"da qalmaq xoşdur".