Almaniya Bundesliqasının XXIX turunda keçirilən "Borussiya" (Münhenqladbax) - "Herta" (2:1) matçının qadın baş hakimi Bibiana Steynhaus diqqət mərkəzində olub. 

 
Offsideplus.az xəbər verir ki, ev sahibinin bir qolunu VAR sistemi ilə ləğv edən referi azarkeşlərin hədəfinə çevirilib.
 
 Komandalarının qolunu ləğv edən qadın hakimi ağır söyüşlərə "qonaq edən" fanatları "fahişə" qışqırması televiziyalardan belə eşidilib. 39 yaşlı Bibiana 79-cu dəqiqədə "Borussiya"ya qələbə gətirən penalti qərarını VAR sistesi ilə versə də, azarkeşlərin qəzəbindən qurtula bilməyib.
 
 "Borussiya" rəhbərliyi isə azarkeşlərin bu davranışına görə mesaj yayımlayaraq referidən üzr istəyib.
 
Qeyd edək ki, Bibiana Steynhaus keçmiş polis əməkdaşıdı. O, hazırda Almaniyanın yeganə peşəkar qadın hakimidi. Referi məhşur ingilis hakim Hovard Uebblə sevgili olub.