Koronavirus təhlükəsini dəf etdiyini açıqlayan Mikel Arteta hiss etdiyi ilk simptomlarını və xəstəlik prosesini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Premyer  Liqada koronavirusa ilk yoluxanlardan biri olan "Arsenal"ın baş məşqçisi Mikel Arteta koronavirusa yoluxduğunu martın 13-ündə öyrənir. "Arsenal" - "Mançester Siti" oyunundan sonra Premyer Liqanın təxirə salınmasına qərar verilir.

Tam sağaldığını bildirən Artetanın veb saytında həmin günlərlə bağlı aşağıdakı izahatlar yer alıb:

"Klubdan "Olimpiakos"un prezidenti ilə təmasımıza görə virusa məruz qalacağımıza dair bir zəng gəldi. Sonra bəzi simptomlar yaşamağa başladım. Bilmirəm,daxildə bir şey hiss etdim."

"Ertəsi gün "Mançester Siti" ilə oyunumuz olacaqdı. Buna görə dərhal qərar verdim və həkimi çağırıb evə getməsini istədim."Raul (futbol direktoru), Edu (məşqçi), Vinayi (baş menecer) və Huss (Fahmi, Müqavilə müzakirəçisi) ilə danışdım və birlikdə görüş keçirdik. "Böyük bir risk var və ilk simptomları hiss edirəm. Bütün oyunçular və klubda iştirak edən hər kəslə əlaqə saxlamalıyıq. Premyer Liqa rəhbərliyi və "Mançester Siti" ilə danışmalıyıq və çox tez bir qərar verməliyik".

"Simptomlara baxdığım zaman, mənə görə, bu, normal bir virus idi. Üç-dörd gün bir az atəş, quru öskürək, sinəmdə bir az narahatlıq keçirdim. Çətin olan bu idi: Evdə həyat yoldaşım və 3 uşağım vardı, onlar üçün çox qorxdum. Şükürlər olsun, uşaqlara keçmədi. İndi hamımız yaxşıyıq".