"Milan"nın isveçli ulduzu Zlatan İbrahimoviç növbəti paylaşımı ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu çəkdiyi videoda "Mançester Yunayted"dəki sabiq komanda yoldaşları Cessi LinqardAndrea Pereyraya qol vurmadıqlarına görə "ilişib". İsveçli ulduz onlara qol vurmağı öyrənmək üçün təklif də edib:

"Bu nədir? bundan çox narahatam.
Qol vurmağı öyrənmək istəyirsiniz? Gərək məktəbimə gələsiniz və bunu necə etməyi sizə öyrədərəm".

Qeyd edək ki, video 2 milyona yaxın izlənib.