"Real"ın rumın azarkeşi "El-klassiko"da "Barselona"ya 0:3 hesablı məğlubiyyətdən sonra evini yandırmağa cəhd edib.

Offsideplus.az xəbər verir ki, Rumıniyanın Arad şəhərində 70 yaşlı kişi qapını bağlayaraq yandırıcı qatışıqlı maye balonu sobaya atıb. Onun yaxınlıqda yaşayan baxıcısı evdən qara tüstünün çıxdığını görüb və əraziyə kömək çağırıb. Məhz bundan sonra qapını qıraraq təqaüdçünü xilas etmək mümkün olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını evi tam əhatə etməmiş söndürə biliblər.

goal.az