Bu yaxınlarda prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun təmiri ilə bağlı sərəncam imzalamışdı. Stadionunun yenidən qurulması məqsədilə Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılmışdı. Artıq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir işləri başlayıb.

Offsideplus.az xəbər verir ki,  jurnalist Anar Xanlarov sadionda söküntü işlərini əks etdirən şəkilləri sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, yeni stadionun üstü örtülü olacaq. Ot örtüyü Hollandiyadan sifariş olunacaq. Qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstü örtülü iki ehtiyat meydança da tikiləcək. Həmçinin, otelin tikintisi də nəzərdə tutulub. Stadionun tutumuna gəlincə ilkin olaraq 16 min deyilir, ancaq inşaatın gedilşindən asılı olaraq ola bilsin ki, tutum 18 minə yaxın olsun.

Mehdi Hüseynzadə stadionunda təmir başladı - <b style=