Çin höküməti Məsut Özilə embarqo tətbiq edib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçinin uyğurlarla bağlı fikrinə görə, Asiya ölkəsində "Arsenal" və futbolçunun adını internetdə axtarmaq mümkün olmur. Futbolçunun adına açılan fan səhifələr belə silinib.

Məsələyə ABŞ-ın Dövlət Katibi Mayk Pompeo münasibət bildirib. O, Məsut Özilə dəstək olub:

"Çin Komunist Partiyası onu hər yerdə əngəlləyib. Özillə bağlı hər şey silinib. Hətta futbol azarkeşləri "Arsenal"ın oyununu belə izləyə bilmirlər. Partiya insan hüquqlarına hörmət etmir və bütün beynəlxalq çağırışlara məhəl qoymur. Çinlilər uyğurlara qarşı işgənclər törədirlər və Özil onların haqlarını müdafiə edib".