Yay Olimpiya Oyunlarında açılış mərasimi zamanı komandaların parada çıxma qaydası dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin kommunikasiya üzrə direktoru Mark Adams bildirib ki, əsas dəyişiklik paradı bağlayacaq komandalarla bağlıdır. Bundan sonra sonuncu kollektivlər növbəti olimpiadanı qəbul edəcək ölkələr və ev sahibi olacaq. Tokio-2020 Yay Olimpiya Oyunlarında paradı ABŞ, Fransa və Yaponiya yığmaları bağlayacaqlar.

Ənənəvi olaraq paradı açan Yunanıstanın ardınca qaçqınların komandası keçid edəcək.

Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçiriləcək.