"Avro-2020”nin seçmə mərhələ matçında bu gün baş tutacaq Azərbaycan – Uels matçını izləmək üçün Bakıya 1200 britaniyalı azarkeş gəlib.

Offsideplus.az xəbər verir ki, azarkeşlərin bir qrupu dünən Bakının mərkəzindəki PUB-lardan birində əyləniblər.

Azərbaycan - Uels qarşılaşması saat 21.00-da start götürəcək.