AVRO-2020-nin seçmə mərhələsində İtaliya yığması səfərdə Bosniya və Herseqovinanı məğlub edib - 3:0.

Offsideplus.az xəbər verir ki, bununla da yığmanın baş məşqçisi Roberto Mançini tarixi nəticəyə imza atıb.  55 yaşlı mütəxəssis İtaliya yığmasında ardıcıl 10 qələbə qazanaraq komandanın tarixinə düşüb.

İtaliya J qrupundakı bütün matçlarını qələbə ilə bitirib, bu oyunlardan öncə isə yoldaşlıq oyununda ABŞ-ı 1:0 hesabı ilə üstələyib. 

Yığmadakı əvvəlki rekord 1938-ci ildə ardıcıl doqquz qələbə qazana bilən baş məşqçi Vittorio Pozzoya aid idi.