Futbol üzrə İtaliya milli komandasının yeni forması məlum olub.

Offsideplus.az İtaliya yığmasının rəsmi “tvitter” hesabına istinadən xəbər verir ki, “Puma” şirkəti tərəfindən hazırlanan yeni formalar yaşıl rəngdədir.

İtaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsində Yunanıstanla qarşılaşacağı oyunda ilk dəfə bu formalardan istifadə edəcək.

İtaliya – Yunanıstan oyunu oktyabrın 12-də keçiriləcək.