Boşanmaq üçün məhkəməyə müraciət edən hollandiyalı futbolçu Ueli Sneyder və həyat yoldaşı Yolante Kabau sürpriz qərar verib.

Offsideplus.az xəbər verir ki, cütlük boşanma qərarını təxirə salıb.
 
Bir müddət əvvəl boşanma xəbərlərini təsdiq edən Sneyder hər şeyə özünün səbəbkar olduğunu bildirmişdi. Hollandiya mətbuatının məlumatına görə, Qətərin "Əl-Qarafa" klubunda çıxış edən futbolçu həyat yoldaşına xəyanət edib və hətta onu vurub.
 
Ailəsinin dağılmasını istəməyən Sneyderin bağışlanmaq üçün əsəb dispanserinə müraciət etdiyi və psixoloq yardımı aldığı deyilir. Onun bu qərarından sonra 9 illik həyat yoldaşı da boşanmaqdan vaz keçib və müalicə prosesi başa çatdıqdan sonra yenidən əri ilə yaşamaq qərarı verib. (fanat.az)